Vasif: “İlhamə xanım mənə “İmperator” yox, “Şah” titulu verib
01 noyabr 2013 11:54 (UTC +04:00)

Vasif: “İlhamə xanım mənə “İmperator” yox, “Şah” titulu verib

Vasif Məhərrəmli xalq artisti İlhamə Quliyevanın ona verdiyi “İmperator” titulunun mediada müzakirə olunmasından danışıb. Müğənni Lent. az-a bildirib ki, onu tənqid edənlərə fikir vermir: “Çox hörmət etdiyim İlhamə xanım əslində, məni “İmperator” yox, şou-biznesin “Şah” ı adlandırıb, bu, mənə xoşdur. İlhamə xanımın verdiyi titul kimlərisə narahat edirsə, bu məni qətiyyən maraqlandırmır, neqativ sözlərə əhəmiyyət vermirəm”.

 

 

Müğənni sonra yaradıcılıq işlərindən söz açıb. Görəcəyi işlərdən Lent. az-a danışan müğənni bildirib ki, klip çəkdirmək niyyətindədir: “Aylar öncə ifa etdiyim “Sənsizlik” mahnısı çox sevildi. Hansı məkana getdimsə, o mahnıdan danışdılar. El şənliklərində də o mahnımı çox istəyirlər. Elə bu istəyi nəzərə alıb, belə bir qərara gəldim ki, bu mahnıya klip çəkdirim. Amma maraqlı bir iş olmalıdır. Tez-tez klip çəkdirməyi sevmirəm. Gec olsun, keyfiyyətli olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1385
avatar

Yalçın UĞUR

Oxşar yazılar