Türkiyəni tərk edən Hürrəm özündən danışdı
31 may 2013 18:52 (UTC +04:00)

Türkiyəni tərk edən Hürrəm özündən danışdı

"Möhtəşəm yüz yıl" da əsas rolu oynayan, sonra gözlənilmədən Türkiyəni tərk edən Məryəm Üzərli səhhətində yaranmış problemlərdən və danışıb. Lent.az-ın məlumatına görə, aktrisa özünün Twitter səhifəsində bu sözləri yazıb: “Mənim dostlarım, öncə sizlərdən üzr istəyirəm. Bu gün ilk dəfədir ki, özümü bir az yaxşı hiss edirəm. Çox sevdiyim Can yanımdadır. Onunla gəzmək, hava almaq mənə bu həyatda bir hədiyyədir. Pərəstişkarlarıma mənə duaçı olduqlarına görə təşəkkür edirəm. Bu vəziyyətdən də çıxaram, inşallah. Almaniyadakı ən yaxşı psixoloqdan, professordan müalicə aldığıma görə ümidliyəm. Məni soruşub, zəng edənlərə də təşəkkürümü bildirirəm. Hamınızı öpürəm. Sağ olun. Allah sizi qorusun...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2081
avatar

Oxşar yazılar