Türkiyəli məşhur aktrisa avtomobil qəzasında öldü
13 dekabr 2012 18:07 (UTC +04:00)

Türkiyəli məşhur aktrisa avtomobil qəzasında öldü

Türkiyənin tanınmış sənətçilərindən olan Nilgün Atılgan avtomobil qəzasında dünyasını dəyişib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, gecə saatlarında siqaret almaq üçün dükana gedən sənətçi yolu keçərkən avtomobillə vurub. Müğənni elə hadisə yerində ölüb.

 

Qeyd edək ki, tanınmış sənətçi 1972-ci ildən filmlərdə rol alıb. Bir çox türk filmində çəkilən aktrisa unudulmaz rollar yaradıb.

 

Yalçın Süleymanov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4234

Oxşar yazılar