Türkiyəli aktrisa Ceyda Ateş özünü öldürmək istəyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa dərman içərək intihara cəhd edib. Məlumatda bildirilib ki, aktrisanın canına qıymaq istəməsinə səbəb ailə qurmağa hazırlaşdığı Can Yurtsevdi tərəfindən tərk edilməsi olub.
Yurtsevdi bildirib ki, aktrisa ilə münasibətləri bitdikdən sonra da Ceyda onu rahat buraxmır: “Ceyda məni rahat buraxmasa, şikayət etməyi düşündüm, amma fikrimdən daşındım. Bir neçə gün əvvəl isə bir dostu mənə “Ceyda intihar etdi, indi xəstəxanadadır” deyə mesaj yazıb. Mən isə sadəcə keçmiş olsun dedim, xəstəxanaya getmədim”.