Dünya Azərbaycanlılarının Konqresi Bakıda mükafatlandırma mərasimi keçirib. Lent.az-ın məlumatına görə, mükafat alanlar arasında xalq artisti Brilliant Dadaşova da olub. O, Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etdiyinə görə “Sevgi” mükafatına layiq görülüb.
Xatırladaq ki, Amaliya Pənahova, Fəxriyə Xələfova, Nurəddin Mehdixanlı, Hüseynbala Mirələmov, Məleykə Əsədova, tanınmış teleaparıcılar, mətbuat işçiləri də mükafat alanlar sırasında olub.
Qeyd edək ki, B.Dadaşova səhnəyə çıxanda aparıcı Sərxan Kərəmoğlu onu "Türk dünyasının sənət kraliçası" kimi təqdim edib.