Daim qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə tanınan prodüser Tarix Əliyev (Tolik) xalq artisti İlhamə Quliyevadan söz açıb: “ Onu bəyənməyənlərə deyirəm ki, onun qədər gözəlliyə sahib olsunlar, mahnını canlı ifa etsinlər, sonra danışsınlar. İlhamə Quliyeva nə Röya, nə Aygün Kazımova, nə Natəvan Həbibi, nə də Sevda Yəhyayevadır. Bunu qəbul eləsinlər ki, bu İlhamə Quliyevadır. O, sənətkardır”.
Daha sonra “ İlhamə Quliyevadan titul istərdinizmi ” sualımıza o, belə cavab verib: “Mənə heç bir titul lazım deyil, titulum elə “ Tolik ”- dir. Mən Röya kimi ondan titul istəmirəm.”