Təşkilatçı: “Aksent”in konsertinin təxirə salınması şayiədir”
28 iyun 2013 15:39 (UTC +04:00)

Təşkilatçı: “Aksent”in konsertinin təxirə salınması şayiədir”

Məşhur rumın qrupu “Akcent”in Bakı konsertini təşkil edən təşkilatçı Faiq Əli qəzəblənib. Lent.az-ın məlumatına görə, təşkilatçının özündən çıxmasına səbəb, onun iyulun 19-da gerçəkləşdirəcəyi “Akcent” qrupunun konsertinin təxirə düşmə xəbəridir: “Belə bir şayiələr gəzir ki, “Akcent” qrupunun keçirəcəyi konsert təxirə salınıb. Bu əsassız xəbərin mənbəyinin hara olduğunu bilmirəm. Bircə onu deyə bilərəm ki,  bu şayiəni yayanlar sadəcə mənə paxıllıq edib, adıma xələl gətirmək istəyənlərdir. Həmin şayiələrə cavab olaraq isə yaxın günlərdə konsertin rolikini təqdim edəcəyik”.

 

Qeyd edək ki,  “Akcent” qrupu ilə eyni səhnəni Azərbaycanın tanınmış müğənnisi Aysel Əlizadə də bölüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Yalçın UĞUR

Oxşar yazılar