Təranə Qumral: “Mən azad qadınam”
15 aprel 2013 17:02 (UTC +04:00)

Təranə Qumral: “Mən azad qadınam”

Bu gün mətbuatda böyük səs-küy doğuran müğənni Musa Musayevin açıqlamasına həyat yoldaşı Təranə Qumraldan cavab gəlib. Lent.az-ın məlumatına görə, axşam.az saytına danışan Təranə Qumral bildirib ki, onlar üç ildir ki, boşanıblar: “Amma bütün efirlərə birlikdə gedirdik. İstəmirdik ki, şəxsi söhbətlər işimizə təsir etsin. Buna görə də gizlədirdik. Musanın dedikləri hamısı yalandır. Bu xəbərə kim bu cür don geyindirib bilmirəm. Amma mən günahsızam. Şəxsi həyatımı qabartmaq istəmirəm. Üç ildir ki, azad qadınam”.

 

Qeyd edək ki, müğənni Musa Musayev Təranə Qumralın ona xəyanət etdiyini, öz evində başqa kişiylə yataqda tutduğunu bildirib.

 

# 4198
avatar

Oxşar yazılar