Telman İsmayılov Van Damı da çağırdı
20 oktyabr 2014 14:24 (UTC +04:00)

Telman İsmayılov Van Damı da çağırdı

Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafata layiq görüldüyü gecəyə dünya şöhrətli aktyor Jan Klod Van Dam da dəvətli olub.

 

Azərbaycanlı iş adamı Telman İsmayılovun ailəsinin xüsusi dəvəti ilə Honq-Konqdan Türkiyəyə gələn V.Dam Antalyada ilk dəfə olduğunu deyib: “Bura gəldiyimə görə çox xoşbəxtəm. Siz olmasaydınız, mən bu səviyyəyə çatmazdım”. 

Mükafatlandırma mərasimində onunla selfi çəkdirmək istəyənlərin xətrinə dəyməyən dünya ulduzu Antalyanın bələdiyyə sədri Menderes Türel tərəfindən gecənin xüsusi mükafatına layiq görülüb. 

 

# 3470
avatar

Oxşar yazılar