Telekanallar bəzi müğənniləri niyə efirə buraxmır? - SORĞU
17 yanvar 2016 14:43 (UTC +04:00)

Telekanallar bəzi müğənniləri niyə efirə buraxmır? - SORĞU

Sənət adamlarına qarşı telekanallar tərəfindən efir qadağasının qoyulması məsələsi yenidən gündəmə gəlib. Müğənnilər onlara efirə çıxmağa icazə verməyən telekanalların adlarını açıqlayıblar.

Xalq artisti Nazpəri Dostəliyeva ANS TV və "Region" TV-dən başqa telekanalda efirə buraxılmır. Xalq artisti Flora Kərimovaya "Space" TV, xalq artisti Brilliant Dadaşovaya "Lider" TV, əməkdar artist Röyaya ANS TV, müğənni Ayan Babakişiyevaya ATV, "Space" TV və ANS TV, Nura Suriyə "Space" TV, Elnarə Xəlilovaya ATV və ANS TV, Aslan Hüseynova AzTV, "Bu şəhərdə"nin aktyorları Rəfael və Coşquna isə ANS TV-də efir qadağası qoyub.

Lent.az xəbər verir ki, musavat.com məsələ ilə bağlı telekanallarla və sənətçilərlə əlaqə saxlayıb.

ANS Şirkətlər Qrupunun mətbuat müşaviri Mayıs Məmmədov bildirib ki, efirə hansı sənətçinin buraxılmasına telekanal qərar verir: “ANS hökümət, yoxsa müstəqil telekanalıdır? Özəl telekanal olaraq, kimi istəyiriksə, onu da efirə buraxırıq. Bir sənətçinin efirə buraxılmamağının bir çox səbəbləri ola bilər. Bəzən tamaşaçıların sevmədiyi, bəzən isə hansısa yanlış hərəkətə yol vermiş sənətçini verilişlərə çağırmırıq. Biz mütləq bütün müğənniləri efirə çıxartmalıyıq? Onlara borcumuz var? Bu məsələ ilə bağlı mənim fikrim budur”.

ATV-nin sözçüsü bildirib ki, efirə buraxılmayan sənətçilər problemi özlərində axtarsınlar: “Özəl telekanal olaraq, heç bir müğənniyə qarşı öhdəliyimiz yoxdur. Efirə buraxılmayan sənətçilər problemi özlərində axtarsınlar və niyə efirə buraxılmadıqları haqda düşünsünlər. ATV-nin heç bir sənətçi, mədəniyyət nümayəndəsi ilə şəxsi problemi, qərəzli münasibəti yoxdur. Sadəcə, efirə buraxılmayan müğənnilər etdikləri hərəkətlərə nəzər salsınlar, o zaman anlayacaqlar”.

Xalq artisti Brilliant Dadaşovanın köməkçisi sənətçinin “Lider” telekanalında qadağa ilə üzləşməsi xəbərlərinə aydınlıq gətirib: “Brilliant xanım ötən həftə “Lider” telekanalının radiosunda qonaq olub. Ona heç bir telekanal efir qadağası qoymayıb. Bəzən olur ki, proqramlara çıxmaq istəmir. Bu, xalq artistinin öz seçimidir”.

Müğənni Ayan Babakişiyeva isə ona qarşı sifarişlə qadağa qoyulduğunu vurğulayıb: “Neqativ mövzularda danışmağı sevmirəm. Mənə dəstək olan, tez-tez efirlərində qonaq edən telekanallarımız çoxdur. İlk öncə onlara təşəkkür edirəm ki, mənim işimə hörmət edirlər. Mənə kimlərin sifarişi ilə qadağa qoyulduğunu bilirəm. Bu pullu sifarişlər iki il öncədən qoyulmağa başlayıb və hələ də davam edir. Bəzən isə öz-özümə hansısa verilişə çıxmağa qadağa qoyuram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07