Teleaparıcı efirdə təbii yolla ana südü dadıb
23 may 2013 07:50 (UTC +04:00)

Teleaparıcı efirdə təbii yolla ana südü dadıb

Hollandiyanın Pol de Lui adlı tanınmış teleaparıcısı gözlənilməz davranışı ilə hər kəsi heyrətləndirib.

 

Lent.az-ın «layf nyus»-a istinadən məlumatına görə, o, verilişə körpələrin ana südü ilə qidalandırılması tərəfdarı olan xeyriyyə təşkilatından çəkilişə gələn bir neçə  qadın dəvət edib. Ana südünün üstünlüklərini müzakirə etdikdən sonra o, birdən ağlı kəsəndə  ana südünün dadmadığın söyləyib.

 

Bu zaman Vendi adlı qadın deyib: «Əgər dişləməsəniz, onu indi problemsiz dada bilərsiniz».

 

Studiyaya toplaşanların gözü qarşısında Pol de Liu əvvəlcə qadının sağ, sonra sol süd vəzisindən süd içib. «Mən onun dadını müəyyənləşdirdim. Sizin axşam nə yediyinizi də deyə bilərəm» - deyə, teleaparıcı kinayə ilə qadına söyləyib.

Teleaparıcının davranışı həmkarları və telekanal rəhbərliyi tərəfindən kəskin tənqid olunsa da, əyləncəli şounun tamaşaçılarını  heyrətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5902
avatar

Oxşar yazılar