Tatlısəs açdı ağzını: “Danışmasam, partlaram...”
18 dekabr 2012 18:57 (UTC +04:00)

Tatlısəs açdı ağzını: “Danışmasam, partlaram...”

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs həyat yoldaşı Ayşegül Yıldız üçün sürpriz ad günü mərasimi təşkil etdiyi və ona brilyant hədiyyə etdiyi barədə yayılan xəbərlərə sərt reaksiya verib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “bu xəbərləri aldığınız agentliklərinizi dəyişin”.

 

Müğənni həyat yoldaşına brilyant almadığını bildirib: “Ayşegül xanıma gül alsam belə xoşbəxt olur. Danışmasam, partlaram. Ayşegül Yıldız 32 yaşındadır. Bir-birimizə incik deyilik, xüsusi mərasim də keçirmədik. Belə şeyləri Ayşegül də, mən də sevmirik. “Tatlıses Kebap”-da yemək yedik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2433

Oxşar yazılar