Dünya şöhrətli amerikalı müğənni Beyons növbəti dəfə ana olacaq. Lent.az-ın məlumatına görə, xeyli müddətdir müğənninin hamilə olması ilə bağlı şaiyələr gəzirdi və onun yeni çəkilmiş fotoları bu iddiaları daha da gücləndirib. Belə ki, Beyons və həyat yoldaşı Cey Zi Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonla görüşmək üçün basketbol komandalarının oyununda iştirak ediblər. Oyunda mətbuat nümayəndələrinin bütün diqqəti Beyonsun çəki almış bədən quruluşunda olub. KİV-lər dərhal müğənninin son zamanlar çox vaxt geniş paltarlar geyindiyini vurğulayıblar.
Qeyd edək ki, Cey Zi ilə Beyons 2008-ci ilin aprelində evləniblər, 2012-ci ilin yanvarında isə qızları Blu Ayvi dünyaya gəlib. Müğənni hamilə olmasını ilk dəfə “VMA” mərasimində “Love on Top” mahnısını ifa etdikdən sonra elə səhnədəcə elan etmişdi.

Tanınmış müğənni hamilədir
Oxşar yazılar

Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51