Türkiyəli müğənni İbrahim Tatlısəs millət vəkili olmaq qərarına gəlib. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı növbəti seçkilərdə Şanlıurfadan namizədliyini irəli sürəcəyini bildirib.
Bu haqda İnstaqram səhifəsində yazan Tatlısəs bunu qızı Elif Ada üçün edəcəyini vurğulayıb:
"Bu dəfə heç kim məni vəkillik istəyimdən geri çevirə bilməyəcək. Çünki bunu qızım Elif Ada üçün edəcəm. Həmyerlilərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıdan kimi İnşallah işlərə başlayacam. Qərarımı sevənlərimlə bölüşmək istədim. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni vəkil namizədiniz, şanlıurfalı İbrahim Tatlısəs".
Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə də deputatlığa namizəd olmuşdu. Məruz qaldığı silahlı hücumdan sonra ifaçı istəyindən imtina etmişdi.

Tanınmış müğənni deputat olmaq istəyir
Oxşar yazılar

Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05