Hollivudun məşhur aktyorlarından olan Bred Pit qonaq olduğu verilişdə aparıcının üzünə tüpürüb. Lent.az-ın məlumatına görə, hadisə "Hangover" filmindən tanınan aktyor Zak Qalifinaskın aparıcılıq etdiyi verlişdə baş verib.
Verilişin qonağı olan Bred Pit ilə aparıcı arasında mübahisə düşüb. Aparıcı tanınmış aktyora qıcıqlandırıcı saullar verməyə başlayıb. Bu zaman aparıcının suallarını cavabsız qoyan Bred Pit proqramın sonlarına yaxın çeynədiyi saqqızı aparıcının üzünə tüpürüb.