Tahir İmanovu kim susdurub?
30 noyabr 2014 16:00 (UTC +04:00)

Tahir İmanovu kim susdurub?

“Mən artıq aforizm deməyəcəm. Əvəzində başqa rubrika olacaq”.
 
Lent.az-ın məlumatına görə, “Planeta Parni iz Baku” ŞHK teatrının bədii rəhbəri Tahir İmanov Space TV-də yayımlanan “Gülüş yığması” verilişinin sonunda tamaşaçıların diqqətinə bu sözləri çatdırıb. 
 
Görəsən, Tahir İmanovu aforizm deməkdən çəkindirən, onu susduran səbəb nədir? 
 
Adətən, verilişin sonunu T.İmanov öz aforizimləri ilə bitirirdi. Lakin onun bu deyimləri qalmqallara səbəb olurdu. 
 
Qeyd edək ki, onun bu yaxınlarda dediyi “İndiki zəmanədə zibilə düşmək asan məsələdir, amma nazirin qəbuluna düşmək qeyri-mümkündür” aforizmi mətbuatda səs-küyə səbəb olmuşdu. 
 
Bir müddət öncə isə İmanov qardaşları mətbuata müsahibələrində nazirlərdən şikayətlənərək, onların qəbuluna düşə bilməmələrindən gileylənmişdilər.musavat.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3980
avatar

Oxşar yazılar