Stilist Anar: “Samiraldo təlxəkdir”
24 dekabr 2012 16:23 (UTC +04:00)

Stilist Anar: “Samiraldo təlxəkdir”

Stilist Anar Ağakişiyev həmkarı Samiraldonu ( Samir Əliyevi) sərt ittiham edib. Lent.az-a açıqlama verən stilist bildirib ki, həmkarının görmə qabiliyyətində problemlər var. “Mən bu günə qədər elə bilirdim ki, həmkarımın yalnız diksiyasında problem var. Ancaq belə deyilmiş. Onun görmə qabiliyyətində də problemləri varmış. Mən heç yerdə onun adını çəkmirəm. Sizə müsahibə verən zaman da, mən onun adını çəkməmişdim. Ancaq o, sözü özünə götürdü. Adama deyərlər ki, soğan yeməmisən, niyə için göynəyir? Məni kiminləsə səhv salmasın. Başına çalma atıb, ora bura gedib, təlxəklik edir. Mən ona qadağan edirəm, mənim adımı heç yerdə hallandırmasın”.

 

 

Qeyd edək ki, stilist Samiraldo ( Samir Əliyev ) ötən gün Lent.az-a açıqlamasında Anarı zövqsüzlükdə ittiham etmişdi. “Anarın qəti zövqü yoxdur. O, nə geyinir ki? Ya cins şalvar, ya da qara şalvar, ağ corab. Onu bizim əyalət rayonlarında geyinmirlər. Mən eşitməmişəm ki, kimsə desin ki, Anar Ağakişiyevin geyimlərində qeyri-adilik var”.

 

Yalçın Süleymanov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3935
avatar

Yalçın UĞUR

Oxşar yazılar