Stallone yenə “Rembo”-ya çəkiləcək
24 iyun 2014 07:15 (UTC +04:00)

Stallone yenə “Rembo”-ya çəkiləcək

Con Rembo haqda yeni filmin istehsalına hazırlıq gedir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, “Splendid Film” studiyası bildirib ki, “Rembo-5” adlanan bu filmdə Silvestr Stallone öz klassik rolunu oynayacaq: “Onun qəhrəmanı Meksika kartellərinə qarşı mübarizə aparacaq. O, ssenarinin yazılmasında iştirak edib. Stallone yeni “Rembo”-ya  “Qocalara burada yer yoxdur” adlı filmlə öz variantını təklif edib”.

 

Xatırladaq ki, “Rembo: İlk qan” filmi 1982-ci ildə çəkilib. “Rembo-4” isə 2008-ci ildə ekranlarda nümayiş etdirilib. 50 milyon dollarlıq büdcəsi olan həmin film 113,2 milyon gəlir gətirib.

# 1268
avatar

Oxşar yazılar