Şou-biznesdən uzaq düşən müğənninin qonaqlığına kim gəlmədi?
12 iyun 2015 16:24 (UTC +04:00)

Şou-biznesdən uzaq düşən müğənninin qonaqlığına kim gəlmədi?

Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı xeyli müddətdir ki, şou-biznesdən uzaq düşən müğənni İlahə Fəda olub. İfaçı veriliş üçün xüsusi olaraq Laçın mətbəxinin müxtəlif taamlarını hazırlamışdı. Proqram başlamadan öncə İ.Fəda təəssüratlarını bölüşdü: “Düşünürəm ki, bizim bölgənin yeməkləri elə də zəngin deyil. Bildiyiniz kimi biz kənddə yaşayan olmuşuq. Bakıya gələndən bir neçə salat hazırlamağı öyrənmişəm. Elə bu gün də öz qabiliyyətimi göstərəcəm. Yeməkləri bişirməkdə anam da mənə yardımçı olub. Xüsusi olaraq  üç bacı dolması hazırlamışam. Düşünürəm ki, bu gün dəvət etdiyim qonaqlar hazırladığım yeməkləri bəyənəcəklər”.

 

İfaçının necə yemək bişirməsinə qiyməti isə Zaur Cənub, bəstəkar Gövhər Həsənzadə verib. Lakin adı çəkilən şəxslərlə eyni proqrama dəvət olunan müğənni Faytonçu Nazim İlahə Fədanın gözünü yolda qoyub. Proqrama gəlməyən müğənni ilə verilişin aparıcısı Anar əlaqə saxlayıb. İfaçı aparıcının zəngini cavabsız qoysa da, İlhamə Fədanın zənginə cavab verib: “Məni bağışlayın, gələ bilməyəcəm. Yatıb qalmışam”.

 

Proqram zamanı bəstəkar G.Həsənzadə İ.Fədanın əl qabiliyyətini bəyəndiyi söylədi: “Düşünürəm ki, İlhahə Fəda bu gün çox gözəl süfrə açıb. Yeməklərin dadlı idi”.

 

Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.

 

Qeyd edək ki, aparıcı Anarın təqdimatında olan “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar