Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar veriləcək. Bu dəfə tanınmış sənətçilər skrikpkaçı Səlim Abbasov, müğənni Elnarə Xəlilova, aktyor Çingiz Əhmədov, Arif Quliyev, prodüser Təranə Səmədova və digərləri hədəfdədir.
Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.
Xatırladaq ki, verilişin ideya müəllifi və rəhbəri Xəyalə Quliyeva, rejissoru Ramiz Alışovdur. Proqramın təkrarı həftənin 1-ci günü saat 18:30-da yayımlanır.
Verilişin informasiya tərəfdaşı Lent.az-dır.