Şou-biznes əhli mükafatlandırılacaq
04 noyabr 2015 10:25 (UTC +04:00)

Şou-biznes əhli mükafatlandırılacaq

Artıq üç ildir Azərbaycanda keçirilən “Number One” Beynəlxaq mükafatlandırma mərasimi bu il də paytaxtımızda baş tutacaq. Lent.az-ın məlumatına görə, noyabrın 25-də paytaxt məkanlarının birində baş tutan mükafatlandırmada şou-biznesin tanınmış simaları iştirak edəcək.  “Number One” bu dəfə qonşu Türkiyə mediasının da diqqətindən yayınmayıb. Belə ki, qardaş ölkə mediasında Azərbaycanda keçiriləcək mükafatlandırma mərasimi barəsində xəbərlər dərc olunub.

 

Qeyd edək ki, mükafatlandırmada müğənni, aktyor, rejissor, film, sənət sahələri, fərdi şəxslər, televizya və verilişlər üzrə nominasiyalar yer alır. Layihənin rəhbəri aparıcı Tural Ozan, prodüseri isə Təranə Səmədovadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar