“Natiq” ritm qrupu Yaşıl Teatrda “Yayın ritmi” adlı konsert verib. Lent.az-ın məlumatına görə, konsert zamanı bir neçə kompozisiyalar səslənib. Bir neçə saat davam edən musiqi gecəsinə şou biznesin bir çox tanınmış simaları qatılıb. Belə ki, “Natiq” ritm qrupunun konsertinə müğənnilər Sevda Yahyayeva, Emil Bədəlov, Abdul Xalid, prodüser Namiq Qafarov və başqaları gəlib.
Qeyd edək ki, “Natiq” ritm qrupunun Yaşıl Teatrda sonuncu konserti 2013-ci ildə olmuşdu.