Musa Musayev: “Təranə, qələt eləmişəm” - YENİLƏNİB
22 aprel 2013 12:32 (UTC +04:00)

Musa Musayev: “Təranə, qələt eləmişəm” - YENİLƏNİB

“Mən Musaya xəyanət etməmişəm. Onu yoldan çıxartmaq istəyən adamlar olub. Onların adını çəkib, reklam edəsi deyiləm. Hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır. Mən Musanı içkidən uzaqlaşdırdım. Həyata qaytardım.  Bu gün gör neçə insanların Musa ilə duet oxumaq istəyi gözündə qaldı.  Mənim qardaşım Azərbaycanın ilk şəhidi olub. Elə bil nəslin qızıyam ki... Mən güclü qadınam, belə sözlərlə məni yıxmaq olmaz. Deyirlər ki, bizim ayrılmağımızı toy-bayram edənlər var. Hər hansı bir övladı yetim qoymaq, kimlər üçünsə, bayram sayılırsa, nə deyim? “. Bunu Təranə Qumral deyib.

 

Musa Musayev isə bildirib ki, həmin vaxt əsəbi olub: “Qulağımı yumub, ağzımı açmışam. Ağzıma nə gəlib söyləmişəm. Amma mən Təranəni evdə kişi ilə tutmamışam. Bu, yalandır. Əgər belə bir şey olsa idi,  onun başını kəsib, gedib cəzamı çəkərdim. Buna cəsarətim də çatır. Tanıyanlar bilir ki, belə bir şey olsa idi, mən edərdim. Amma olmayıb. Hamı bu yetimi qınayır ( red - Təranəni nəzərdə tutur) Mən avtomobildə gələndə Təranəyə yalvardım ki, qurban olum, məni bağışla, qələt eləmişəm”.

 

 

****

 

Təranə Qumralla Musa Musayevi hazırda ANS-in "Günə Baxan" verilişinin qonağıdılar.

 
Lent.az-ın məliumatına görə, Təranə Musanı bağışlamaq üçün zamana ehtiyacı olduğunu bildirib: "Bəli, biz barışmışıq, amma bu o demək deyil ki, mən onu bağışlamışam. Musanı bağışlamaq üçün zamana ehtiyacım var."

Baş verənlərdə hövsələsizliyini və qardaşlarını günahlandıran Musa Musayev də öz növbəsində Təranədən üzr istədiyini deyib: "Mən Təranədən yenə də üzr istədim. Məni bağışlamasa da, qəlbimdə təkcə odur".

Sonra Musa Təranə Qumralı öpüb.

Veriliş davam edir. Ən maraqlı məqamları nəzərənizə çatdıracağıq.

# 8592
avatar

Oxşar yazılar