Fransa və Yaponiya alimlərinin araşdırmasına əsasən, baş soğan orqanizmi yalnız yoluxucu xəstəliklərdən deyil, həm də yaşlanmaqdan qoruyur.
Lent.az-ın «arqumentı»-yə istinadən məlumatına görə, aparılan araşdırma zamanı müəyyə edilib ki, bu tərəvəzin tərkibindəki fəal kükürd birləşmələri beyin hüceyrələrinə düşərək, onu təmizləyir. Nəticədə insanın intellektual qabiliyyəti, yaddaşı və diqqətini cəmləməsi yaxşılaşır.
Mənbə bildirib ki, soğanın davamlı yeyilməsi immuniteti gücləndirir və süd vəzilərində xərçəngin yaranmasının qarşısını alır.