Müğənni Sevil-Sevinc bacıları “Bakı-2015” birinci Avropa Oyunlarında idmançılara dəstək olmaq üçün “Avropa oyunları” adlı mahnı ifa ediblər. Lent.az-a açıqlama verən əkiz bacılar bildiriblər ki, ifa etdikləri bu bəstəyə klip çəkdiriblər: “Avropa Oyunlarına həsr etdiyimiz mahnının sözləri Aqşin Fərəhə, musiqisi Tahir Abdullayevə məxsusdur. Mahnının muğam hissəsini əməkdar artist Təyyar Bayramov oxuyub. Bu gözəl əsəri ifa etdikdən sonra klip çəkdirmək barədə düşündük. Rejissor Nazim Şərbətov da çox sağ olsun ki, mahnıya ekran həyatı verdi. Klipdə karate üzrə dünya çempionları Rafael Ağayev və Şahin Atamovun məşq prosesləri də yer alıb".
Bacılar onu da əlavə ediblər ki, “Bakı 2015” Avropa Oyunlarında karate idman növünə azarkeşlik edirlər.
Qeyd edək ki, layihənin ideya müəllifi Sevinc-Sevil bacılarının prodüseri Mehri Əliquliyeva, təşkilatı dəstəyi Xəzər televiziyasıdır.