Türkiyəli müğənni Ebru Polad azərbaycanlı pərəstişkarının dəvəti ilə yenidən Bakıya gəlir. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, E.Poladın yaxın günlərdə paytaxtımıza dəvət olunmasına səbəb, azərbaycanlı iş adamının doğum günündə iştirak etməsidir.
Türk həmkarlarımız xəbərdə onu da qeyd ediblər ki, Ebru Azərbaycana özəl təyyarə ilə gələcək. O, bir gün Bakıda qaldıqdan sonra, yenidən Türkiyəyə qayıdacaq.
Qeyd edək ki, Ebru Polad ötən il Azərbaycana səfəri zamanı sevgilisinin azərbaycanlı iş adamı olduğunu bildirmişdi.