Sevda Yəhyayeva Xatunun cavabını verdi
16 aprel 2013 11:09 (UTC +04:00)

Sevda Yəhyayeva Xatunun cavabını verdi

Müğənni Sevda Yəhyayeva iddialı açıqlama verib. Lent. az-a danışan müğənni bildirib ki, şou-biznesdə xalq artisti Aygün Kazımova və Röyadan sonra ən üzdə olan ifaçı odur: ”Aygünlə Röya şou-biznesin ən məşhur simalarıdır. Hamı ilk olaraq onların adını çəkir. Bu, reallıqdır. Amma mən də varam, yeni nəslin nümayəndəsiyəm. Bu sözləri şou-biznesdə etdiyim işlərə görə deyirəm. Ola bilər ki, yeni gələn ifaçılar arasında kimsə məndən yaşca kiçik və ya böyük olsun. Amma mənim gördüyüm işlər yaşımdan böyükdür. Yaşıdlarımdan hansı biri Heydər Əliyev adına sarayda solo konsert verib? Kim Qara Qarayev adına kamera orkestri ilə çıxış edib? Elə çıxmasın ki,  mənəm-mənəm dəyirəm. Bu, əsla belə deyil. Sadəcə, söyləyirəm ki, bilsinlər ”.

 

 

Daha sonra ifaçı həmkarı Xatunun “Hesab edirəm ki, şou-biznesdə rəqabət iki müğənni, Röya və Aygün Kazımova arasında gedir. Sevda Yəhyayeva bir az Röya ilə göründü. Amma o da sonra nədənsə dayandı” fikirlərini cavabsız qoymayıb: “ Sizinlə müsahibədən qabaq Xatunla görüşdük. O, dedi ki, sənin barəndə müsahibə vermişəm. Mən də söylədim ki, canın sağ olsun. Amma Xatunun fikirləri ilə razı deyiləm. Çünki mən şou-biznesdə bir çox layihələr və işlərlə yadda qalmışam” - deyə o, əlavə edib.

 

# 2361
avatar

Yalçın UĞUR

Oxşar yazılar