Sevda Türkiyədəki işini təqdim etdi
15 mart 2016 13:10 (UTC +04:00)

Sevda Türkiyədəki işini təqdim etdi

Azərbaycanlı müğənni Sevda Yahyayeva “Hadi ordan” adlı türk mahnısı ifa edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri və bəstəsi Sezgin Kəskinə, aranjemanı isə Soner Kıvança məxsus olan mahnının seviləcəyinə əmindir: “Sırf mənim üçün yazılmış bir mahnıdır. Bu gün işıq üzü gördü. Düşünürəm ki, seviləcək. Mahnını yazan bəstəkar Sezgin Kəskin Türkiyənin tanınmış simaları Rafet El Roman, Yeşim Salkım, Burcu Güneş, Ebru Yaşar,Ezo, Pelin Kömürcü ilə də çalışıb. Yeni işimin uğurlu olacağına inanıram”.

 

 Qeyd edək ki, bu S.Yahyayevanın Türkiyədən aldığı ilk mahnısıdır. İfaçı onu da əlavə etdi ki, mahnıya yaxın müddətdə klip çəkdirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Yalçın UĞUR

Oxşar yazılar