Avqustun 9-da Yaşıl Teatrda solo konsert verəcək müğənni Sevda Yahyayeva hazırlıqlara başlayıb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Artıq konsertimin hazırlıqlarına başlamışam. Az vaxt qalıb. Konsertin musiqi rəhbərləri İsmayıl Əsədov və Samir Sultanovdur. Konsertdə 20-dən çox mahnı ifa edəcəm. Düşünürəm ki, fərqli bir konsert olacaq.
Qeyd edək ki, avqustun 9-da baş tutacaq konsert saat 21:00-da başlayacaq. Biletin qiymətləri isə 10-80 AZN arasında dəyişir.