Müğənni Sevda Yahyayeva arıqlamaq istəyir. Lent.az-a açıqlama verən ifaçı deyib ki, əvvəlki çəkisinə qayıtmaq arzusundadır: “İndi bir neçə kilo kökəlmişəm. Arıqlamaq istəyirəm. Heç bir zaman pəhriz saxlamamışam. Buna görə də 4 kilo kökəlmişəm. Hər zaman 50 kilo olmuşam. İndi isə 54 kiloyam. İlk dəfədir ki, bu qədər kökəlmişəm. Arıqlamaq lazımdır. Çünki efirdən adi 1 kilo da çox görsənir".
Yaradıcılıq işindən də söz açan ifaçı bildirib ki, bu yaxınlarda “Aç vərəq yaz” adlı bəstəni dinləyicilərin ixtiyarına verib. Bir müddət sonra yaradıcılığında olan yeniliyi dinləyicilərlə bölüşəcək: “Daim yaradıcılığımla məşğulam. Demək olar ki, hər yeni mahnı yazdırıram. Sürpriz layihələrim də var. Hələ ki onun nədən ibarət olduğunu demək istəmirəm”.
S.Yahyayeva daha sonra Lent.az-ın foto-kameraları önünə keçib. İfaçının yeni şəkillərini təqdim edirik.