Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edəcək Səmra Rəhimlidən xəbər var. Lent.az-ın məlumatına görə, təmsilçimiz müsabiqənin rəsmi internet səhifəsi eurovision.tv üçün müsahibə verib. İçəri şəhərdə lentə alınan müsahibədə təmsilçimiz tarixi küçələr boyu gəzişərək ona ünvanlanan sualları cavablandırır. Bununla da, o promo turları ilə bağlı olaraq vaxtının məhdud olmasına b-axmayaraq, bütün Avropanın gözəl Bakımızı görməsi üçün fürsət yaradır. Səmra müsahibəsi zamanı arzular şəhərinin Nyu-York, ən sevimli ifaçısının Beyonse, aktyorun isə Çenninq Tattum olduğu deyir.
Qeyd edək ki, Səmra mayın 10-da keçiriləcək Eurovision 1-ci yarımfinalında səhnəyə çıxacaq.