Aygün Kazımovanın türk aranjemançı və bəstəkar Murat Yeterlə işbirliyi barədə xəbərlər qardaş ölkənin mediasında yer alıb. Bununla bağlı xalq artisti Lent.az-la fikirlərini bölüşüb: “ Murat Yeterin orkestri artıq mənimki sayılır. Bundan sonra bütün səfərlərimdə və dünya əhəmiyyətli layihələrimdə məni onlar müşayiət edəcəklər. Konsert proqramım hazırdır. Kliplə bağlı bütün işlər də artıq yekunlaşıb. Ekran işinin təqdimat mərasiminə jurnalistlər siyahı ilə buraxılacaqlar. Layihəmizə qərəzli yanaşıb cürbəcür fotoşop şəkilləri ilə təbliğat aparanlar isə zəhmət çəkib gəlməsinlər, qapı arxasında qalacaqlar ”.
Qeyd edək ki, iyulun 7-də xalq artisti Aygün Kazımova əcnəbi duet ortağı Snup Doq ilə İstanbul "Beşiktaş İnönu Stadion"unda dünya turnesinə start verəcək. Həmin stadionda bu günə qədər Brayan Adams, Elton Con, Maykl Cekson, Madonna, Tina Turner kimi məşhur ulduzlar çıxış ediblər. Mayın 30-da isə həmin stadionda Rihanna oxuyacaq.