Bu il Eurovision-2012 mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayevanın 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə konserti olub. Lent. az-ın məlumatına görə, ifaçı konsertdə öz mahnılarımızla bərabər, dünya estradasından da nümunələr səsləndirib. O, konsertə "When the music dies" mahnısı ilə yekun vurub.