Saxarada 2,1 milyard yaşlı meteoriti aşkarlanıb
05 yanvar 2013 02:35 (UTC +04:00)

Saxarada 2,1 milyard yaşlı meteoriti aşkarlanıb

Nyu-Meksikadan olan bir qrup alim Saxara çöllərində Mars meteoriti aşkarlandıqlarını elan ediblər.

Lent.az-ın  «İTAR-TASS»-a istinadən məlumatına görə, onun yaşı 2,1 milyard ildən artıqdır.

Onlar bir ilə yaxın apardıqları təhlillərin nəticəsində bu qərara gəliblər.

«NWA 7034» adlanan bu daşın çəkisi 320 qramdır. O, beduinlər tərəfindən Mərakeş ərazisində tapılaraq, ABŞ-ın elmi mərkəzinə satılıb.

Araşdırma qrupunun başçısı Karl Eyci deyib:«O, vulkanla suyun qarşılıqlı təsirindən yaranan, özəl daş tipidir».

Meteorit tərkibinə görə, Marsın səthindən «Kyuriositi» marsaxodunun göndərdiyi tərkibə oxşayır. Bu daş yaşına görə ikincidir. Ən qədim meteorit 1984-cü ildə Antraktidada aşkarlanıb. «Alan Hillz» adlı bu danışın 4,5 milyard yaşı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar