Uzun illərdir səhnədən uzaq düşən müğənni Samir Bağırov həmkarı Rəqsanə İsmayılova ilə məkanların birində görünüb. Lent.az-ın məlumatına görə, foto-kameralara tuş gələn S.Bağırov bu sözləri deyib: “Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanəyə və özümə uğurlar arzulayıram”.
Rəqsanə də öz təəssüratlarını bölüşüb: “Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu barədə ətraflı məlumat vermək istəmirəm. Sürpriz olsun, inşallah yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Samirlə birgə çox maraqlı bir proyekt hazırlayırıq. Səbir edin, tezliklə özünüz şahid olacaqsınız”.