Şahzadə Hilton 33 yaşını çılpaq qeyd edib
19 fevral 2014 05:42 (UTC +04:00)

Şahzadə Hilton 33 yaşını çılpaq qeyd edib

Peris Hilton 33 yaşına həsr edilən qonaqlıqda  yalnız üst paltar geyib. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, o, həmin tədbirdə onun başına şahzadə tacı qoyulub.

 

Onun barəsində bəzi məlumatları diqqətinizə çatdırırıq. Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng «Hilton» otellər şəbəkəsinin varisi Peris Uitni Hilton  1981-ci il fevralın 17-də Rik və Keti hiltonların ailəsində doğulub.

 

 O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O,Nyu-Yorkda «Dwight School»" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib.

 

Peris Hilton 200-ci ildə «Donald Tramr»-ın  «T Management» model agentliyi ilə müqavilə bağlayaraq, peşəkar model olur. Rəfiqəsi Niko Rici ilə birgə oynadığı «Sadə həyat» teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 

 

2006-cı ildə Peris Hilton «Axıradək iç» və «Sarışın şokoladda» filmlərində baş rolları ifa edib. 

2008-ci ildə   ekranlara çıxan «GÖzəl və eybəcər» filminə görə Peris 3 «Qızıl Moruq» mükafatı qazanıb.

 

2006-cı il avqusutun 22-də «Paris» adlanan solo-albomunu çıxarıb.

 

Aktrisa 2002-2003-cü illərdə Ceyson Şo ilə nişanlanıb.

 

2003-2004--cü illərdə isə müğənni Nik Katerlə görüşüb.

 

Peris Hilton dəfələrlə qanunları pozduğuna görə məsuliyyətə cəlb edilib. 2007-ci ilə mayın 4-də məhkəmə Hiltona 45 gün həbs cəzası verib.

 

2007-ci ildə Peris Hilton ölümündən sonra cəsədinin dondurulmasını istədiyini bəyan edib. Peris gələcəyin alimlərinin onu diriltməsi üçün tədqiqatlarla məşğul olan institutun hesabına böyük məbləğdə pul köçürür. Hilton «bunun sayəsində mənim ömrüm 100 və ya 1000 il uzana bilər» - deyə, bildirib.

# 3791
avatar

Oxşar yazılar