Müğənni Roza Zərgərli yeni mahnı yazdırıb. Lent.az-a açıqlama verən ifaçı deyib ki, yeni bəstənin söz və musiqisi bəstəkar-aparıcı Murad Arifə məxsusdur: “İlk dəfə bu mahnıya qulaq asdım, elə həmin anda da bəyəndim. Düşünürəm ki, “Atəş” mahnısından sonra “Şirin çay” də mənə düşərli olacaq. Ritmik versiyada olan bu mahnıya klip də çəkdirəcəm”.
Qeyd edək ki, “Şirin çay” adlı bəstənin aranjemanını Farid İman edib.