Azərbaycanlı müğənni Roza Zərgərli Almatıda Novruz bayramı şənliyində iştirak edib. Lent.az-ın məlumatına görə, həm bayram, həm də Almatı şəhərinin 1000 yaşı münasibəti ilə keçirilən konsertdə səhnə alan R.Zərgərli Qazaxıstanda olduğu üçün xoşbəxt olduğunu vurğulayıb: “Burada olmaq məni çox sevindirir. Bu gözəl gündə burada olduğuma görə çox xoşbəxtəm”.
Milli geyimdə səhnəyə çıxan ifaçı sevilən mahnılarını ifa edib. Konsertdə R.Zərgərli ilə yanaşı Qazaxıstanın xalq artisti Roza Rımbaeva da səhnə alıb.
Qeyd edək ki, "Astana" meydanında "Novruz" bayramı ilə əlaqədar keçirilən konsertdə bir neçə tanınmış simalar da oxuyub.