Roza Zərgərli sabah Mingəçevirdə konsert verəcək
01 avqust 2015 10:52 (UTC +04:00)

Roza Zərgərli sabah Mingəçevirdə konsert verəcək

Azərbaycanlı müğənni Roza Zərgərli bölgələrdə yay turnesi çərçivəsində avqustun 2-də Mingəçevir Dövlət Dram Teatrında solo konsert verəcək. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəsən rayonunda olub: “Avqustun 2-də Mingəçevir şəhərində solo konsertim olacaq. Biz bu konsertləri “Bakı vaxtı ilə hər bir obada” adı altında həyata keçiririk. İlk konsertimiz Siyəzəndə möhtəşəm oldu. Belə ki, Siyəzən konserti “Baku 2015”in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr olunacaq”.


 
 Qeyd edək ki, aparıcı Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edəcək. Gecədə qonaq qismində şou-biznesin bir sıra nümayəndələrinin də olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar