Müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov növbəti mahnısını lentə aldırıb. Yaradıcılıq işlərindən Lent.az-a danışan İsmayıl bildirib ki, Murad Dakılıcın “Kader” mahnısını ifa edib: “Muradın repertuarına müraciət etməyim əbəs yerə deyil. Çünki onun ifa etdiyi mahnılar oxu tərzimə uyğundur. Mahnıdan xoşum gəldi, ifa etdim. Məncə pis alınmayıb. Qulaq asmağa dəyər”.
İ. Nəcəfov sonra əlavə edib ki, bir neçə bəstəkar onun üçün mahnı yazıb: “İnşallah, bu yaxınlarda mənimçün yazılmış mahnılar oxuyacam. Lakin işləri tam yekunlaşdırmamışam. Hazır olandan sonra onları da dinləyicilərin ixtiyarına verəcəm”.