"Şou biznesdə səhv olan bir mənəm, hamı tərtəmizdir"- <span style="color:red;">Röya
02 mart 2015 10:55 (UTC +04:00)

"Şou biznesdə səhv olan bir mənəm, hamı tərtəmizdir"- Röya

"Haqqımda danışmasınlar. Yoxsa hamının şəxsi həyatını qoyacam ortaya. Bəyəm hansı kişinin sevgilisi olmur? Hər şeyi açıb danışaram”. Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Röya Ayxan “10-lar” verilişində deyib. İfaçı “Gündəlik” verilişinə qısa geyimdə gəlməsinə münasibət bildirib:

 

“Hamının fikrinə hörmət elədim. Elə ona görə də susdum. Mən Röyayam, bunu unutmasınlar. Bu gün qısa, sabah sinəsi və ya kürəyi olmayan paltar geyinə bilərəm. İncəsənət adamıyam, kiminsə mənə söz deməyə haqqı yoxdur. Susuram. Amma bu o demək deyil ki, görmürəm. Məndə hər şey gözə girir. Çünki özüm göstərirəm. Başqaları bunu gizli edir deyə bilinmir. İndi mənə deyirlər, ətək geyinməyi unudub. "Christian Dior" bunu paltar olaraq satışa çıxarıb, kostyum deyil. Hamı öyrəşib yalandan namus, qeyrətdən danışsın. Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir. Gedib yeniyetmə qızlarla məşğul olsunlar. Məni alan aldı, hay-hayım gedib artıq. Oxuyum, siz sadəcə qulaq asın. Necə istəyirəm, elə də yaşayacam". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar