Röya: "Heç kim mənim adımdan istifadə eləməsin" - AÇIQLAMA
08 iyun 2013 18:49 (UTC +04:00)

Röya: "Heç kim mənim adımdan istifadə eləməsin" - AÇIQLAMA

Röya Ayxan yenə qəzəblənib. Onu növbəti dəfə özündən çıxardan səbəb son zaman mətbuatda yayılan xoşagəlməz və həqiqətə uyğun olmayan xəbərlərdir. Müğənninin prodüseri Kənan Bayramov Lent.az-a bildirib ki, bəzi xəbər portalları Röya haqqında yalan məlumatlar yayımlayırlar. “Yazırlar ki, Röya filan açıqlamanı etdi və onu müxalifətə qatmaq istəyirlər. Ancaq burdan bildirmək istəyirik ki, Röya heç bir jurnalistə müsahibə verməyib. Siz heç görmüsüz ki, biz nə vaxtsa siyasi məsələlərə qarışaq? İndi kimlərsə bu şayiələrdən istifadə edib Röyanın adını müxalifətlə hallandırmaq istəyirlər. Biz lent.az vasitə ilə  müraciət edib, xahiş edirik ki, heç kim özbaşına və bizim adımızdan yazılar dərc etməsin. Heç kəs öz reytinqi üçün buna siyasi don geyindirməsin. Bu, bizim son açıqlamamızdır”.

Məsələyə Röya da münasibət bildirib. Müğənni lent.az-a açıqlamasında deyib ki, heç kimə Hüseyn Abdullayev haqda müsahibə verməyib. Adımdan heç kim heç nə yazmasın. Heç tanımadığım jurnalistlər “Röya bizə açıqlama verdi” deyə yazılar dərc edirlər. Olanlardan xəbərim yoxdur. Bu haqda ilk və son açıqlamamdır. Kimlərsə məsələni özünə lazım olan duruma gətirib və buna siyasi don geyindirib. Xahiş edirəm, heç kim mənim adımdan istifadə eləməsin. Bir daha təkrar edirəm, heç kimə müsahibə verməmişəm və bu haqda bir daha danışmayacağam. Məsələnin bu yerə çatdığını və adımın bu cür hallandığına üzülürəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2948

Oxşar yazılar