Roman Abramoviçin 7-ci övladı dünyaya gəldi
15 aprel 2013 11:50 (UTC +04:00)

Roman Abramoviçin 7-ci övladı dünyaya gəldi

İngiltərənin “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin 7-ci övladı dünyaya gəlib. Lent.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə məşhur rusiyalı milyarderə yaxın mənbədən bildirilib.

 

Yeni doğulmuş qıza Leya adı verilib. Anası və körpə özünü yaxşı hiss edirlər. Doğum ABŞ-ın Nyu-York şəhərində baş tutub. Qızı Roman Abramoviçin modelyer rəfiqəsi Darya Jukova dünyaya gətirib. Bu, onların ikinci övladıdır. 31 yaşlı dizayner daha öncə - 2009-cu ildə biznesmen sevgilisinə oğul bəxş edib.

 

Qeyd edək ki, əvvəllər Roman Abramoviçin 2 həyat yoldaşı – Olqa Lısova və İrina Malandinadan Arkadi və İlya adlı oğulları, Anna, Sofya və Arina adlı qızları dünyaya gəlib.

# 1305
avatar

Oxşar yazılar