Hazırda Moskvada olan müğənni Rəqsanə görəcəyi işlərdən söz açıb. Müğənni Lent. az-a bildirib ki, yeni mövsümdə pərəstişkarlarına yeni layihə təqdim edəcək: “Bir neçə mahnı ifa etmişəm. Onları yaxın müddətdə təqdim edəcəm. Bundan əlavə, öncədən söylədiyim kimi qızım Aysunun deflesini təqdim etməyi düşünürəm. Lakin prodüser Tolikin (Tarix Əliyev) Türkiyədən qayıtmasını gözləyirəm. O, paytaxta qayıdandan sonra layihənin vaxtı müəyyənləşəcək. Çünki təşkilatı işlərlə o məşğuldur.