Müğənni Rəqsanə İsmayılovanın qızı modelyer Aysun İsmayılova Röyanın repertuarından mahnı oxuyub. Lent.az-ın məlumatına görə, o, “Səninəm” adlı mahnını ifa edib. İfasını lentə aldıran A.İsmayılova videonu sosial şəbəkədəki səhifəsinə yükləyib. Həmin görüntü maraqla qarşılanıb.
Qeyd edək ki, A.İsmayılova bir müddət öncə ad günündə Türkiyənin tanınmış müğənnisi Atiye Denizin repertuarından “Ya Habibi” mahnısını ifa etmişdi. R.İsmayılova isə qızının müğənnilik sevdasına düşməsi ilə bağlı gəzən söz-söhbətlərə belə şərh vermişdi: “Qızım müğənni olmayacaq. Onun müğənni olmasını istəmərəm. Aysun bilir ki, mən necə əziyyət çəkirəm. Bəlkə, yarım saatına 50 min dollar versələr, fikirləşmək olar".