Rəqsanə təzə ərindən danışdı
10 iyul 2013 11:17 (UTC +04:00)

Rəqsanə təzə ərindən danışdı

Rəqsanə İsmayılova həyat yoldaşından danışıb. O, Lent. az-a  həyatında hər şeyin qaydasında olduğunu söyləyib: “Mən həmişə Allaha dua edirdim ki, qarşıma məni anlayan insan çıxartsın. Allah da duamı eşitdi, 3 ay sonra İlhamla rastlaşdıq. Düzdür, bir-birimizi çoxdan tanıyırdıq. O, bir gün mənə sevdiyini söylədi. Mən də onun sevgisinə biganə qalmadım. Çünki o, çox centlmen və müasirdir. Özü Almaniyada yaşayır. Aramızda 6 yaş fərq var. Mən 34 - dəyəm, onun 40 yaşı var. Onu çox sevirəm.  İlhamdan əvvəl həyatımda bir adam olub. Televiziya kanallarının birində onu sevdiyimi dedim. Sonra peşman oldum. Amma indi Allahıma çox şükür edirəm.

Sizə əvvəlki müsahibələrimdə də söyləmişdim ki, el adəti ilə gəlinlik geyinib, çalğılı toy edəcəm. Amma sonra işlər elə gətirdi ki, bu fikrimdən daşındım. Çünki İlham istəmədi. O da 1 dəfə ailəli olub, boşanıb. İndi mənimlə rəsmi nikahdadır”.

# 4091
avatar

Yalçın UĞUR

Oxşar yazılar