Bayramı doğmaları ilə qeyd edən müğənni Rəqsanə İsmayılova aprelin 1-də yenidən Türkiyəyə dönəcək . Lent. az-ın məlumatına görə, sənətçi albom hazırlıqlarını oradakı səs yazma studiyasında həyata keçirir. Amma səbəb tək bu deyil. Rəqsanə növbəti plastik əməliyyata, başqa sözlə könüllü olaraq bıçaq altına düşməyə qərar verib. Müğənni hələ də bu barədə geniş danışmaq istəmir.
Sənətçi aprelin 7-də Moskvaya qayıdacaq. “Bu şəhərdə ”nin konsert proqramını izləyəcək. Daha sonra yenidən Türkiyəyə dönüb, Hindistana səfər edəcək. Türkiyəli rejissor müğənninin klipini orda çəkməyi planlaşdırır.
Müğənni rejissorun ideyasını bəyəndiyini və ona etibar etdiyini deyib.