Rəqsanə bacısı ilə yeni iş qurdu
03 avqust 2015 15:33 (UTC +04:00)

Rəqsanə bacısı ilə yeni iş qurdu

Müğənni Rəqsanə İsmayılova bacısı Ellada ilə birgə biznes açıb. Bu barədə Lent.az-a R.İsmayılova məlumat verib: “Bacımla birgə özümüzə biznes qurduq. Bundan sonra şəxsi gözəllik salonumuz olacaq. Bu işi çoxdan etmək istəyirdik. Amma işlərimizin çoxluğuna görə yubanırdı. Bacımla birgə bu işi uğurlu edəcəyimizə əminəm. Yeni açdığımız salon müğənni İradə İbrahimovanın bacısı, stilist-vizajist Nigar İbrahimovanın salonu idi. Ondan aldıq və yeni heyətlə işə başladıq. Yeni biznes qurdum deyə, özümü “biznes ledi” saymıram. O sözü də xoşlamıram. Mən elə müğənni Rəqsanəyəm. Bu bəs edər”.

 

 

Qeyd edək ki, R.İsmayılovanın bacısı E.İsmayılova vizajistdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar