Tanınmış rəqs ustaları Fatimə Fətəliyeva və İlham Kərimli Misirə gediblər. Lent. az-ın məlumatına görə, sənətçilər Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi "Milli Folklor və Zərb alətləri " adlı Beynəlxalq Festivalda iştirak edəcəklər. Festival aprelin 19-26 -da Qahirədə olacaq.
Onlar festivala milli geyimdə qatılacaq və milli rəqslərimizi nümayiş etdirəcəklər.
Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə milli folklorlarını nümayiş etdirib.
Sənətçilərimizin orada çəkdirdikləri şəkilləri təqdim edirik: