Azərbaycanın tanınmış rəqqasəsi Oksana Rəsulova yeni layihə üzərində çalışır. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, yeni proyektdə əməkdar artist, aparıcı Əkbər Əlizadə ilə birgə görüləcək. Rəqqasənin sözlərinə görə, onlar məşhur “Əbədi məhəbbət nağılı” adlı Hind filminin musiqisinə rəqs ediblər. Sözügedən layihə aparıcı-aktyor Əkər Əlizadənin doğum gününə həsr olunub. Ekran işi bu yaxınlarda mediaya təqdim olunacaq.
Qeyd edək ki, klip çəkilişləri meşədə olub.